...

Qrossmeyster Şəhriyar Məmmədyarov – Eduard Dubovun reytinqində yeddincidir

Cəmiyyət Materials 5 Yanvar 2008 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Eduard Dubovun İsveçrə sistemi üzrə FİDE komissiya üzvlərinin növbəti reytinqində yeddinci yeri tutur.

Avropa-2007-nin komanda çempionatının bürünc mükafatçısı ranq üzrə növbəti cədvəldə ukraynalı Vasili İvançuk, Dünya kubokunun finalçısı Aleksey Şirov, erməni Levon Aronyan, İsraildən olan Boris Qelfand və digər tanınmış rəqiblərini qabaqlayır. Eyni zamanda digər azərbaycanlı şahmatçı Teymur Rəcəbov 14-cü mövqedə qərarlaşıb. O da, öz növbəsində norveçli Maqnus Karlsen, Ukrayna təmsilçisi Serqey Karyakin, ingilis Maykl Adams və digərlərini arxada qoyub.

Bununla bərabər liderliyi Harri Kasparov qoruyub saxlayır. Onun ardınca isə ikinci yerdə Vladimir Kramnik və üçüncü mövqedə Vişvanatan Anand qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti