...

Müğənni Nazim həyat yoldaşından nəyi gizlədir?

Cəmiyyət Materials 8 Yanvar 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /müx. TrendLife Cavid Osmanov/

İnsanlarda romantik düşüncələr müxtəlif olur. Kimi sevdiyi qıza gül bağışlayır, kimi Bakı gecələrində gəzməyə çıxır, kimi isə birlikdə oturub, futbol matçını seyr edir. Müğənni Nazim isə öz romantik görüşünü TrendLife-a danışdı.

-Mənim romantik görüşüm Moskvada olub. Əlbəttə, şokolad, şampan içkisi, canlı musiqi və. s. Mən Rusiyanın paytaxtında gözəl otel bağlatdırmışdım. Gözəl xanım, şam işığında axşam yeməyi və daha nələr, nələr. Bundan yaxşı nə ola bilər? Amma həyat yoldaşıma söyləməyin ha! Əlbəttə, bunlar hamısı bir zarafatdır. Düşünürəm ki, hər bir insan romantikdir. O ki qaldı xanımlara, onlara qarşı çox diqqətli olmalısan".

Xəbər lenti

Xəbər lenti