Azərbaycan, Bakı, 10 yanvar / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yanvarın 12-də Veyk-An-Zeedə keçiriləcək "Sorus" superturnirinin iştirakçıları arasında dördüncü reytinqə malikdir.
FİDE-nin ranq tabeli üzrə altıncı yerdə qərarlaşan şahmatçı, bu göstəriciyə görə, yalnız dünya çempionu Vişvanatan Anand, Vladimir Kramnik və Veselin Topalovdan geri qalır. Veyk-An-Zeedə çıxış edəcək Teymur Rəcəbov isə, reytinq üzrə doqquzuncudur.
Yarışda Peter Leko, Vasili İvançuk, Levon Aronyan, Boris Qelfand, Maqnus Karlsen, Maykl Adams, Yudit Polqar, Pavel Elyanov və Lyuk Van Veli də iştrak edəcəklər.