...

Bu gün ilk nüvə reaktorunın tikintisinə dair MAQATE ilə Azərbaycan hökuməti razılığa gəlib

Cəmiyyət Materials 23 Yanvar 2008 16:26 (UTC +04:00)
Bu gün ilk nüvə reaktorunın tikintisinə dair MAQATE ilə Azərbaycan hökuməti razılığa gəlib

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir E.Hüseynli/ İlk nüvə tədqiqat reaktrorunun tikintisinə dair BMT-nin Beynəlxalq Atom Enerjisi üzrə Agentliyi (MAQATE) ilə Azərbaycan Nazirlər Kabineti razılıq əldə edib. "MAQATE-nin nümayəndəsi ilə Nazirlər Kabinetində bu gün keçirilən görüşdə Azərbaycanda ilk nüvə tədqiqat reaktrorunun tikintisi ilə bağlı martın sonlarında layihə tam hazır olacağına dair razılıq əldə olunub"- çərşənbə günü görüşdə iştirak edən MAQATE-nin Azərbaycandakı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib.

Yanvarın 22- də axşam MAQATE-nin Azərbaycan üzrə baş meneceri Andrey Çupovun Azərbaycana səfəri başlayıb. Səfərin məqsədi MAQATE-nin Azərbaycanda keçirəcəyi layihələri müzakirə etməkdir. Layihələr sırasında Azərbaycanda ilk nüvə tədqiqat reaktorunun tikintisi də nəzərdə tutulub.

Qəribov deyib ki, Azərbaycan hökuməti nüvə reaktorunun tikintisinə şəraitin yaradılması üçün MAQATE-yə kömək göstərəcək. Əldə olunan ilkin razılığa görə, Azərbaycanda nüvə tədqiqat reaktoru 20-25 MVt gücündə olacaq. Onun sözlərinə görə, layihənin qiymətləndirilməsi və yeri müəyyənləşdirildikdən sonra, MAQATE-nin nümayəndələri martın sonu - aprelin əvvəllində yenidən Azərbaycana gələcəklər. Qəribov bildirib ki, layihənin dəyəri, əsasən, hansı ölkənin reaktorunun alınacağından asılı olacaq. Dünyada ən müasir və təhlükəsiz reaktorlar Kanada, ABŞ və Rusiya nüvə reaktorları hesab olunur. İnstitut direktoru deyib ki, gələcəkdə Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) da tikilməsi müzakirə predmeti olacaq.

MAQATE ekspertinin Bakıya səfəri 3 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti