Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir K.Ramazanova/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmmməruzəçisi Andres Herkel bazar ertəsi jurnalistlərə bildirib ki, Azərbaycanda seçki öncəsi vəziyyət normaldır və elə bir problem yoxdur.
"Mən vəziyyətə nikbinliklə yanaşıram və düşünürəm ki, vəzyyətin yaxşılaşdırılması və prezident seçkisinin ədalətli keçirilməsi üçün bizim kifayət qədər vaxtımız var" - deyə Herkel vurğulayıb.
Oktyabrda Azərbaycanda prezident seçkiləri keçiriləcək.
"Siyasi məhbuslar, jurnalistlərin azadlığı kimi problemlər son illərdə olduqca aktualdır. Əvvəllər bunlar belə tez-tez müzakrə olunmurdu. Biz iqtisadiyyatda olan inkişafı demokratiyada da görmək istəyirik" - deyə Herkel əlavə edib.