...

Novruz bayramında İsraildə Azərbaycanın Mədəniyyət Mərkəzi açılacaq

Cəmiyyət Materials 6 Fevral 2008 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir E.Huseynov / İsraildə Azərbaycanın Mədəniyyət Mərkəzinin açılışı Novruz bayramı üçün nəzərdə tutulur.

"Rişon-Le-Tsion şəhərində Mədəniyyət Mərkəzinin təntənəli açılışı İsraildə ilk dəfə Azərbaycan xalqının ən səmimi və sevimli bayramı - Novruz Bayramının qeyd olunması çərçivəsində baş tutacaq" - çərşənbə günü Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Suliman Trend ə deyib.

Onun sözəlirinə görə, Mərkəz adətləri, dili, mədəniyyəti və tarixi qoruyub və inkişaf etdirməkdə maraqlı olan bütün azərbaycanlıları və Azərbaycandan çıxanları cəmləşdirəcək. Azərbaycan Mədəniyyət Mərkəzinin əsas məqsədi öz dilini, bənzərsiz mədəniyyətini, milli adətləri inkişaf etdirmək, Azərbaycan milli kitabxanasını yaratmaqdır" - Şapiro-Suliman deyib.

"Açılış mərasimində İsrailin və Azərbaycanın rəsmi nümayəndələrinin, siyasi elitanın və hər iki ölkənin Parlament üzvlərinin, diplomatik korpus nümayəndələrinin, o cümlədən Azərbaycan estradası ulduzlarının iştirakı gözlənilir" - Konqres prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti