...

Bakı və Tbilisi dövlət unversitetləri əməkdaşlıq etmək haqqında razılaşıblar

Cəmiyyət Materials 7 Fevral 2008 20:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 fevral / müxbir N.Kirtsxaliya/ Bu gün Tbilisidə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Gürcüstan parlamentinin sədri Nino Burcanadze vahid maarif məkanının yaradılmasının perspektivlərini müzakirə ediblər.

Görüşdə İvane Cavahişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Xubua iştirak edib.

Məhərrəmov görüşdən sonra jurnalistlərə TDU-nun Qara dəniz ölkələri universitet Assosiasiyasının mərkəzi olması fikrini dəstəklədiyini bildirib . Bu, region ölkələrinin gələcək inteqrasiyasına yardım edəcək. "Biz Gürcüstan azərbaycanlılarının ali təhsil alması məsələsini müzakirə etdik. Belə ki, bu gün onların çox hissəsi Bakıya gəlir və orda təhsil alır. Onların TDU-da təhsil almaq imkanlarının olması, gürcü dilinə mükəmməl şəkildə yiyələnmələri və gürcü cəmiyyətinin tamhüquqlu üzvləri olmaları bizim məqsədimizdir",-BDU-nun rektoru bildirib.

Xubua, öz növbəsində, vahid maarif məkanının yaradılmasının regional əməkdaşlıq kontekstində böyük tapşırıq olduğunu bildirib. "Biz həmkarlarımızla tədqiqatlar və təhsilin vahid standartlarını təsdiq etmək niyyətindəyik",- o söyləyib.

Xubua TDU-nun azərbaycanlıların gürcü dilini öyrənməsinə böyük diqqət ayıracağını qeyd edib. "Biz ölkəmizdə mümkün qədər çox azərbaycanlının uğurlu biznesmen və siyasətçi olması üçün hər bir şeyi edəcəyik",-o bildirib.

TDU-nun rektoru bakılı həmkarının Sainqilodan olan gürcü məzunlar üçün ATM-ə daxil olan zaman güzəştlərin tətbiq ediləcəyi haqqında vəd aldığını bildirib. "Bunu Azərbaycanın gürcü vətəndaşlarının yerli cəmiyyətə inteqrasiyasının baş verməsi məqsədilə etməsi vacibdir", - Xubua qeyd edib.

Xəbər lenti

Xəbər lenti