...

Avropa Şurasının missiyası Bakıya gələcək

Cəmiyyət Materials 14 Fevral 2008 03:59 (UTC +04:00)
Avropa Şurasının missiyası Bakıya gələcək

Fransa, Strasburq. 14 fevral / Trend , müxbir, A.Məhərrəmli/ Avropa Şurasının KİV sahəsi üzrə missiyası 19-22 fevral 2008-ci il tarixlərində Bakıya səfər edəcək. Bu barədə Trend ə AŞ Katibliyinin İnsan hüquqları və Hüquqi məsələlər Baş Direktorluğunun Hüquqi və Insan hüquqları üzrə imkan quruculuğu şöbəsinin Azərbaycanda KİV məsələləri üzrə məsul əməkdaşı xanım Françeska Klopfer (Franziska Klopfer) məlumat verib.

O, bu səfərin KİV sahəsində ehtiyacların dəyərləndirilməsi, proqram planlaşdırılması səciyyəsi daşıdığını bildirb. Missiyanın tərkibinə xanım Françeska Klopfer və KİV qanunvericiliyi, təcrübəsi və treninqi üzrə ixtisaslaşmış iki müstəqil ekspert - britaniyalı David Qoldberq və Fransadan olan ekspert Emanüel Lükber (Emmanuel Lucbert) daxildir.

Qeyd edək ki, Avropa Şurasının Aİ-nin Avropa Demokratiya və İnsan Hüquqları Mexanizmi ilə 2008-2009-cu illər üçün Cənubi Qafqaz və Moldovada İfadə və informasiya azadlığı üzrə imzaladığı Birgə Proqram çərçivəsində, Azərbaycan üçün KİV sahəsində 10-15 fəaliyyətin həyata keçirilməsi nəzərə tutulur.

Səfər çərçivəsində nümayəndə heyətinin hökümət, Parlament, yayım tənzimləyicisi, KİV, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirilməsi və Azərbaycanla KİV sahəsində əməkdaşlıq ehtiyacları haqqında ətraflı məlumat toplaması nəzərdə tutulur. Bu səfərin nəticələri əsasında fəaliyyət planı layihəsinin hazırlanması və onun Bakıda bütün tərəfdaşların iştirakı ilə planlaşdırma görüşündə müzakirə edilməsi planlaşdırılır.

Qrup iki illik proqramın tətbiqi dövründə həyata keçirilmə sahəsindəki tərəqqini dəyərləndirmək məqsədilə daha iki dəfə öz iclasını keçirəcək.

Xəbər lenti

Xəbər lenti