...

Röya "W-trio" ilə yenidən birləşdi

Cəmiyyət Materials 29 Fevral 2008 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral /müx. TrendLife Günel Əhmədova/

"Bu dəfəki konsertim əvvəlindən sonuna kimi sürprizlərlə dolu olacaq. Tamaşaçılar tamam başqa Röyanı görəcəklər. Əgər mahnım 60-ci illərə məxsusdursa, rəqqaslar musiqinin abu-havasına uyğun paltar geyniməlidir. Hər mahnıya görə paltarlar olacaq. Əgər əvvəllər həmin rəqqasların geyiminə 2 min pul ayrılıbsa, bu dəfə həmin məbləğin yanına 0 rəqəmi artırmışıq. Hər şeyin super olmasını istəyirəm. Əgər mən göz qamaşdıran paltardayamsa, uşaqlar cins, yaxud zəncirli geyimlərdə olmamalıdırlar. Bu ənənələrdən bezmişəm. Hər şey vəhdət təşkil etməlidir. Necə ki, xaricdəkilərin geyimi və repertuarı səhnəni tamamlayır, mənim konsertimdə də bu cur olmalıdır. Proqram boyu obrazda olmalıyıq" - TrendLife-a konsertindən ən son xəbərləri çatdıran Röya sözünə əlavə olaraq bildirdi ki, proqram onun məşhur qonağının iştirakı ilə də yadda qalacaq:

"Həmin şəxs Bakıdan deyil. Türkiyədən dəvət olunub. Sənətçi də deyil. Amma sürprizin dadını qarçırmamaq üçün kimliyini deməyəcəm. Ola bilsin qonaq siyahısını bir az genişləndirə bilərik. Onu da əlavə edim ki, "W-trio" ilə yeni mahnımız səsləndiriləcək. Demək olar ki, biz yenidən birləşdik. Natəvan, Elnarə və mən".

Xəbər lenti

Xəbər lenti