...

Heç bilmirdim ki, həyat yoldaşım İsraildədir-Aşıq Zülfiyyənin həyat yoldaşı Sakit

Cəmiyyət Materials 1 Mart 2008 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 mart /müx. TrendLife Türkan İmaməliyeva/

Milli anım günü - Xocalı faciəsinin 16-cı ildönümü dünya azərbaycanlıları tərəfindən qeyd olundu. Həmin gün Azərbaycanda və o cümlədən dünyanın 60-dan çox ölkəsində Xocalı həqiqətlərinin, ermənilərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif tədbirlər keçirildi, Azərbaycanın haqq səsi ucaldıldı. Məhz belə bir dəhşətli faciənin anım günü özlərini azərbaycanlı adlandıran və bu millətin nümayəndəsi olan bəzi müğənnilərimiz İsraildə konsert proqramı verib kimlərəsə xoş anlar yaşatmaqdan çəkinməyiblər. Bir qrup Azərbaycan sənətçisi, konkret olaraq Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva, Aşıq Zülfiyyə və İlqar adında müğənni fevralın 26-da Xocalı soyqırımı günü konsert proqramı ilə çıxış etməklərini nə qədər gizlətsələr də, "Lider" telekanalının İsraildəki müxbirinin əldə etdiyi faktlar deyilənlərin gerçəkliyindən xəbər verir. Yeri gəlmişkən? onu da qeyd edək ki, adıçəkilən müğənnilərin ikisi hələ də İsraildədir. Xocalı soyqırımı günü konsert verən sənətçilər arasında Aşıq Zülfiyyənin də adı hallandı. TrendLife Aşıq Zülfiyyə ilə də əlaqə saxlamağa cəhd etdi. Telefonumuzu Zülfiyyənin həyat yoldaşı Sakit bəy götürdü. Maraqlandıq ki, olayla bağlı nə deyə bilərlər? Suallarımıza cavab verən Sakit bəy "Sözün düzü, sizin dediyiniz məsələdən bizim qətiyyən xəbərimiz yoxdur"- söylədi. Sakit bəyin diqqətinə çatdırdıq ki, bu gün hamı Aşıq Zülfiyyənin Xocalı soyqırımı günü İsraildə konsert verməsindən danışır. Çox qəribə olsa da, onların guya ki, bundan xəbəri yoxdur. Maraqlandıq ki, həyat yoldaşı Zülfiyyə xanım həqiqətən İsrailə gedibmi? Sualımıza cavab verən Sakit bəy "Zülfiyyənin Moskvaya getdiyini bilirdim, ancaq İsrailə getməsindən xəbərim yoxdur"- bildirdi. Hər halda? bizə verilən cavab belə idi. Digər suallarımızı ünvanlayanda Sakit bəy bildirdi ki, hazırda Zülfiyyə rayondadır. Onunla əlaqə saxlamaq da mümkün deyil. Bu səbəbdən suallarımızı bir neçə gündən sonra ünvanlasaq, cavab alarıq.

Xəbər lenti

Xəbər lenti