...

Pəhrizimin pozulması səhhətimə pis təsir etmir - əməkdar artist Baloğlan Əşrəfov

Cəmiyyət Materials 7 Mart 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart /müx. TrendLife Şahin Cavadsoy

Məclislərin birində əməkdar artist Baloğlan Əşrəfovun yumurta çığırtması yeməsini görüb, təəccübləndik; ötən il Baloğlan Əşrəfov qara ciyər serrozu xəstələyindən əziyyət çəkdiyi üçün, Türkiyədə cərrahiyyə əməliyyatı keçirmiş və bədəninə qaraciyər transplatasiya edilmişdi : "Fikrimi alimlərin gəldiyi qənaətlə izah etməyə çalışacağam. Həkimlər də deyir ki, əgər ürəyindən keçən bir təamı dadmaq istəyirsənsə, bir az da olsa, ondan yemək olar. Deyim ki, pəhrizimin pozulması, səhhətimə heç də pis təsir etmir. Amma onunla da razıyam ki, hətta sağlam insan da pəhrizini pozanda, onun səhhətində bəzi xoşagəlməz proseslər gedir"-deyən əməkdar artist, cərrahiyyə əməliyyatından sonra ona qarşı olan diqqətin artmasını da çəkinmədən TrendLife -a etiraf etdi: "Bu gün mən artıq əməkdar artistəm. Xalqımın sevgisini bütünlüklə hiss edirəm. Bütün pərəstişkarlarıma minnətdaram. İnanın, onların sevgisi olmasaydı, mən yataqdan durub, səhnəyə qayıda bilməzdim".

Xəbər lenti

Xəbər lenti