...

Ilhamə xanım arzularımın qadınıdır - rejissor Nail Naiboğlu

Cəmiyyət Materials 13 Mart 2008 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /müx. TrendLife Günel Əhmədova/

Rejissor Nail Naiboğlu TrendLife-a söhbətində bir neçə ildir ki, xalq artisti İlhamə Quliyeva ilə işbirliyi qurduğunu söylədi. Növbəti məhsulun vətənpərvər mövzuda olduğunu və ilk dəfə bu mövzuda klip çəkdiyini deyən rejissor, İlhamə xanımın zövqünü oxşamağa çalışdığını söylədi.

Qeyd edək ki, "Azərbaycan" adlı mahnının sözləri Güllər Qəmliyə, musiqisi Aybəniz Güllərə məxsusdur. Prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası üçün hazırlanan musiqili layihə Hovruz bayramı ərəfəsində təqdim olunacaq.

Söhbəti davam etdirən İlhamə xanım seçkiqabağı Rusiyada, Ukraynada səfərlərdə olduğunu və təbliğat kampaniyalarında iştirak etdiyini söylədi.

Naiboğlu söhbətində bəzi məqamlara toxundu. Pərviz Oqtayoğlu ilə bir neçə layihələrə imza atan rejissor bu istiqaəmtədə müğənnilərdən Ağadadaş Ağayev, Nadir Qafarzadə, Yeganə,"Kristan" qrupu və eyni zamanda İlhamə xanımla çalışdığını söylədi. Rejissorun Xanım İsmayılqızına məxsus olan "Ay işığı" layihəsində Nisə Qasımova, Mətanət İsgəndərli, Əgalət Şükürov, Sevda və İzzət Bağırov təmsil olunublar. Növbəti mərhələdə daha böyük ekran işini hazırlamaq ərəfəsində olduğunu diqqətə çatdıran N.Naiboğlu hələlik bunu sirr saxlasa da, klip bazarındakı qiymətlərə toxundu. Dedi ki, ən bahalı klipini 5 min manata çəkib.

Son üç ildə ekran işlərinin taleyini rejissora həvalə edən İlhamə xanım onun yaradıcılıq məhsulundan bəhrələnməkdə davam etdiyini söylədi. Rejissor müğənniyə olan məhəbbətini TrendLife-da etiraf tedi:

"Mən səhnəmizin primadonnası İlhamə xanımı çox sevirəm. O, mənim xəyallarımda əlçatmaz bir qadın obrazındadır. Bəlkə də İlhamə xanım bu barədə heç nə hiss etməyib. O, mənim üçün bir sənətkar kimi xüsusi yeri olan xanım müğənnidir, eyni zamanda, arzularımın qadınıdır".

Xəbər lenti

Xəbər lenti