Azərbaycan, Bakı, 02 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 19 yaşlılardan ibarət yığma komandası Özbəkistanda iki yoxlama oyunu keçirəcək. Bu barədə Trend a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
Yığma komanda Özbəkistanın Daşkənd şəhərində iki oyunda meydana çıxacaq. İlk oyun mayın 29-da, ikincisi iyunun 1-də keçiriləcək.
19 yaşlılardan ibarət yığma komandanın baş məşqçisi Yaşar Vahabzadədir. Ondan əvvəl komandaya Arif Əsədov rəhbərlik edib. Yığma komandanın son illərdə ən böyük uğuru Əsədovun başçılığı altında Cənubi Kiprdə keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsini adlaması olub.
İyunun 1-də Azərbaycanın əsas yığma komandası da yoxlama oyun keçirəcək. Berti Foqtsun baş məşqçisi olduğu komanda səfərdə Bosniya və Hersoqovina ilə qarşılaşacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]