Azərbaycan, Bakı, 7 may /müx. TrendLife Eldar Hüseynzadə
1945-ci il mayın 7-si bütün dünyada rəsmi olaraq Radio Günüdür. Bütün dünya bu günü qeyd edir. Lakin Azərbaycanda bu gün qeyd edilmir. Bəlkə radio işçiləri bu gün qeyri rəsmi qeyd edirlər? Məhz bu sualla TrendLife radioaparıcı Rahib Azəriyə müraciət edib. "Sözün düzü, bu gün sovet dövründən bir iz kimi yaddaşlarımızda qalıb. Hər bir radiostansiyanın öz günü var. Məsələn ANS-ÇM-də çalışdığım vaxtlar bu günü mayın 28-də, radio "Antenn"-də isə mayın 15-də qeyd etmişik. Ümumiyyətlə isə, Radio Günü rəsmi olaraq qeyd edilərsə, pis olmazdı".