...

Azərbaycan müğənnisi Nurlan Növrəslidən 10 may bayramına ən böyük hədiyyə

Cəmiyyət Materials 10 May 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /müx.TrendLife Şahin Cavadsoy/

10 may tarixi ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz tərəfindən qeyd edilir. Sevindirici haldır ki, bu əlamətdar hadisə ilə bağlı yerli incəsənət xadimləri, müğənnilər xüsusi layihələr hazırlayıb, mərhum prezidentin doğum gününə hədiyyə etməkdə özləri maraqalı olurlar. Gənc olmasına baxmayaraq müğənni Nurlan Növrəsli də özünəməxsus musiqi payını Heydər Əliyevin ruhuna ithaf etdi.

Söhbət, sözləri Şəmsəddin Abbasova, musiqisi Tofiq Quliyevə aid olan "Naxçıvanım" bəstəsinə çəkilmiş klipdən gedir. "RİA Novosti" agentliyinin konfrans zalında media mənsublarına ekran işini təqdim edən müğənni, olduqca həyəcanlı görünürdü. Səbəbini TrendLife-a açıqlayan N.Növrəsli, fikirlərini bu sözlərlə ifadə etməyə çalışdı: "Məncə keçirdiyim hislər həyəcandan çox, sevinclə bağlıdır. Çünki, neçə vaxtdır ki, bu klipin üzərində işlər gedirdi. Çalışdıq ki, ümummilli liderimizin doğum gününə kiçik də olsa, öz hədiyyəmizi təqdim edək".

Rejissorluğunu Samir Fərzəlibəyovun etdiyi "Naxçıvanım" klipinin əsas kadrları, elə Naxçıvan Muxtar Respublikasının dilbər güşələrində lentə alınıb. Sadə olduğu qədər də maraqlı olan ekran işində rejissor bütünlüklə Naxçıvanın gəzməli-görməli yerlərini tamaşaçıya çatdırmağa müvəffəq olub. Klipin süjet xəttini qısaca belə xarakterizə etmək olar: "Allı-güllü Naxçıvan" adlı verilişə Bakıdan qonaq gedən Nurlan, "Əshabi-Kəhf"i ziyarət edərəkən, oradaca yuxulayır, bir andaca Naxçıvanın mənzərəli məkanları yuxusunda canlanır. Sonra ziyarətgahda dolaşan ruh onu yuxudan oyadır. Və o, tələsik tanınmış sima Nərgiz Cəlilovanın apadığı proqrama qonaq olmaq üçün studiyaya yol alır. Belcə, hər bir naxçıvanlının evinə qonaq olan müğənni, "Naxçıvanım" mahnısını da elə onlar üçün səsləndirir.

Qeyd edək ki, klip barəsində ətraflı məlumat Nurlanın qardaşı, Şahin Növrəslinin dilindən eşidildi. Ancaq rejissor Samir Fərzəlibəyovun atası, Akademik Milli Dram Teatrının baş rejissoru-xalq artitsi Mərahim Fərzəlibəyov da yaradıcı heyəti təbrik etmək üçün məkana təşrif buyurmuşdu. Çoxsaylı sualları cavablandıran Mərahim müəllim, çəkilən klipi yüksək qiymətləndirdi və bu ekran işininin Heydər Əliyevin 85 illik yubileyinə edilən dəyərli hədiyyələr sırasına daxil olduğunu söylədi.

Qalmaqaldan uzaq təqdimat mərasimi, jurnalistlərin Nurlan Növrəsliyə ünvanladıqları təbrik alqışları ilə sona çatdı.

Xəbər lenti

Xəbər lenti