...

Bakıda gənc ifaçıların birinci Respublika müsabiqəsi başa çatıb

Cəmiyyət Materials 15 May 2008 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx. TrendLife Eldar Hüseynzadə/

Gənc ifaçıların birinci Respublika müsabiqəsi başa çatıb. Bu haqda TrendLife-a təşkilatı komitənin üzvü Sona İbrahimova xəbər verib. Müsabiqə Təhsil Nazirliyinin xətti ilə təşkil edilib və üç yaş kateqoriyasına bölünüb: 7-12, 12-15, 15-17. Müsabiqə bir neçə istiqamətdə kerilib. Hər istiqamətin özünün jürisi olub. Bu sırada Xuraman və Fidan Qasımova, Murad Hüseynov, Natavan Şeyxova və digərlərinin adını çəkə bilərik.

Xatırladaq ki, mayın 22-də Filarmoniyada müsabiqə uşaqlarının iştirakı ilə Filarmoniyada konsert təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti