Azərbaycan, Bakı, 21 may /müx. TrendLife Cavid Osmanov/
Görəsən, Azərbaycanda model biznesi niyə aşağı səviyyədədir? TrendLife məhz bu sualla bu sahədə çalışan mütəxəssizlərə müraciət edib.
Model agentliyinin direktoru, keçmiş model Lyubov Qutorova:-"Bizim modellər əllərindən gələni edirlər. Buna baxmayaraq onlara qarşı diqqətsizlik var. Qeyd etmək istəyirəm ki, mənim agentliyimdə çalışan modellər xarici agentliklərlə də əməkdaşlıq edirlər. Azərbaycanda model biznesi çox ləng inkişaf edir. Ümid edirik ki, gələcəkdə hər şey normallaşacaq.
Modelyer Səbinə Zülalova:-"Bizim prodblemimiz ondadır ki, Azərbaycanda model biznesi çox gec inkişaf etməyə başlayıb. Hesab edirəm ki, model biznesinin ləng inkişaf etməsində milli mentalitetindən də böyük rolu var. Bundan əlavə model sahəsində çalışan işçilərə çox az maaş verilir.
Keçmiş model, model agentliyinin rəhbəri Natella Kərimova:-"Əsas səbəblərdən biri odur ki, bizdə bu sahədə reklam inkişaf etməyib. Bundan əlavə kadr çatışmamazlığı var. Düzdür bizim qızlar gözəldir. Lakin bu hər şey demək deyil. Buna baxmayaraq model biznesi inkişaf etməkdədir. Bu da əlbəttə bizləri sevindirməyə bilməz.