Azərbaycan, Bakı, 27 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubu Bolqarıstandan olan müdafiəçi ilə transfer danışıqları aparır. Bu barədə çərşənbə axşamı Trend -a "Qəbələ" klubunun mətbuat xidməti məlumat verib.
Bolqarıstanlı futbolçunun adı və hansı klubdan transfer olunacağı hələlik gizli saxlanılır.
"Qəbələ" klubunun rəhbərliyi bir neçə gün əvvəl transfer danışıqlarına başladıqları hücumçu Kənan Kərimovla müqavilə bağlayıb. Başa çatmaqda olan futbol mövsümündə "Qarabağ"da çıxış edən futbolçu ilə bir il müddətinə nəzərdə tutulan müqavilə imzalanıb.
Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, komandanın baş məşqçisi Ramiz Məmmədov yaxın günlərdə legioner futbolçuları baxışdan keçirmək üçün Braziliyiya səfər etməyi planlaşıdırır.
"Qəbələ" sabah Premyer-Liqada çempionluğun taleyini həll edə biləcək oyunda "İnter" klubu ilə görüşəcək.