...

"MOODY’S International" TREND informasiya agentliyinin beynəlxalq menecment səviyyəsini təsdiq etdi

Cəmiyyət Materials 29 May 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend / TREND informasiya agentliyi "Moody's International"dan agentliyin beynəlxalq menecment səviyyəsini, xəbərlər və multimediya məhsullarının beynəlxalq standartlara müvafiq olmasını təsdiq edən sertifikat alıb.

Hazırlıq dövründə agentlikdə müvafiq yenidənqurma işləri aparılıb, şirkət əməkdaşlarının fəaliyyət və məsuliyyətini qiymətləndirən əlavə kriteriyalar, informasiya və multimediya məhsullarını daha yüksək səviyyədə buraxmaq imkanı yaradan yeni informasiya texnologiyaları tətbiq olunub. "Moody's International" TREND informasiya agentiliyi tərəfindən istehlakçılara təqdim olunan yüksək səviyyəli iş və xidmətlərə zəmanət verir.

TREND informasiya agentliyi - 1995-ci ildə Azərbaycanda təsis edilən özəl beynəlxalq xəbərlər KİV-dir. Trend un onlayn-xəbərləri beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində hazırlanaraq www.trendaz.com veb-portalında yerləşdirilir. TREND həmçinin abunəçilərinə yüksək keyfiyyətli video və foto materiallar, əsas siyasi və iqtisadi hadisələri əks etdirən analitik məhsullar təqdim edir.

2006-2007-ci illərin nəticələrinə görə, TREND informasiya agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti