Avstriya, Vyana, 16 iyun / Trend müxbir A.Ələskərov / Stade de Geneve stadionunda Cenevrədə Çex yığmasına qarşı oyununda artıq Nihat Kaxverçinin sonuncu, üçüncü qolundan sonra türk azarkeşlərinin böyük insan kütləsi Vyananın küçələrinə çıxmağa başladı.
Qəlbə fitindən sonra azarkeşlər fan-zonadan şəhərin mərkəzinə axışmağa başladılar. Vyananın Ottakringer, Reumann mərkəzi küçələrində, Brigittenau əyalətinin ətrafında və şəhərin mərkəzində Stephansdorm kilsəsinin yanında toplaşdılar.
Təxminən 20 minə qədər insan bazar günü Vyanada fan-zonada kritik və həlledici, qələbə ilə başa çatan Türkiyə yığmasının oyunununa baxırdılar.
Fanatlar sülh ilə şəhərin küçələrində gəzişirdilər. Vyananın polisi əks halda tədbir görməyə hazır idi. Futbol gecəsi, bayram əhval ruhiyyəsi ilə hadisəsiz keçdi.
Məqalə müəllifi ilə əlaqa üçün ünvan: [email protected]