...

"Mozalan" gənclərə yol açır

Cəmiyyət Materials 20 İyun 2008 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

"Biz "Mozalan"da çalışacağıq ki, filmləri gənc kinemotoqrafçılar çəksin. Hazırda jurnalın 184-cü nömrəsini tamamlayırıq. Burada üç süjeti gənc jurnalistlər, Rüstəm İbrahimbəyov məktəbinin şagirdiləri Xəyyam Abdullayev, Elman Alıyev, Fərid Quliyev lentə alıblar",- bu sözləri TrendLife-a "Mozalan" kinostudiyasının direktoru Orxan Fikrətoğlu söyləyib.

"Mozalan"ın növbəti nömrəsi iyul ayından dekabr ayına qədər çəkiləcək. Bundan əlavə bu günlərdə O. Fikrətoğlunun "Zaman" kitabı da çapdan çıxıb. Həmin kitaba onun yüzdən çox hekayələri, üç kinossenariya və üç povest daxildir. "Düşünürəm ki, bu kitab oxucularda böyük maraq doğuracaq",-deyən O. Fikrətoğlu fikrini tamamlayıb.

İyul ayında həmin kitabın təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti