...

Azərbaycanın çimərlik futbolçuları Fransa yığma komandası ilə oynayacaqlar

Cəmiyyət Materials 20 İyun 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası iyulun 4-də Avropa Liqası adlı yarışda Fransa millisi ilə oynayacaq. Bu barədə Trend -a cümə günü Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) mətbuat xidməti məlumat verib.

Fransada keçiriləcək Avropa Liqasında səkkiz ölkənin yığma komandası iştirak edəcək. Azərbaycan yığma komandasının yer aldığı B qrupunun oyunları iyulun 4-6 - da keçiriləcək. Azərbaycanlı çimərlik futbolçuları Fransa yığmasına qalib gəlsələr, yarımfinal mərhələsində Türkiyə - İngiltərə cütünün qalibi ilə oynayacaqlar.

Yarışın reqlamentinə görə, final mərhələsinə vəsiqə qazanmaq üçün qrupda ilk üç yerdən birini tutmaq lazımdır. Azərbaycan yığma komandasına növbəti mərhələyə çıxmaq üçün bir qələbə kifayət edə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti