...

"Qaya" qrupunda olan dəyişiklik konsert keçirməyə imkan vermir

Cəmiyyət Materials 2 İyul 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

"Qaya" qrupunun yeni konserti əvvəlcə may ayına planlaşsa da, sonradan payız ayına keçirilib. "Qrupda daimi dəyişiklik bizə məşqlər etməyə, hazırlaşmağa imkan vermir. Bu yaxınlarda daha iki solist bu qrupu tərk edib",-bu sözləri qrupun rəhbəri Rauf Babayev TrendLife-la söhbətində söyləyib.

R. Babayevin sözlərinə görə, solistlərin biri ailə vəziyyəti ilə əlaqədar digərinə isə maaşı yüksək iş təklif edildiyindən qrupu tərk edib. "Hazırda qrupda köhnə tərkibdən üç solist fəaliyyət göstərir. İki yeni qız daha götürmüşəm. Qızlarda biri Musiqi Akademiyasını bitirib, o biri isə oranın tələbəsidir. Yeni tərkiblə yenidən repertuar hazırlamaq, məşqlər etmək lazımdır. Buna görə də konsertin nə vaxt təşkil olunacağı barədə dəqiq söz deyə bilmərəm".

Xəbər lenti

Xəbər lenti