...

Samir Bağırov səhnəyə qayıdışının əsil səbəbini açıqladı

Cəmiyyət Materials 4 İyul 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul /TrendLife müx. Günel Əhmədova

Son aylar yoxluğu ilə KİV-in diqqətini özünə çəkən müğənni Samir Bağırov bunu müxtəlif səbəblərlə əlaqələndirməyə çalışır. Haqqında gəzən şaiyələri təkzib edən ekstravaqan müğənni açıqlamalarından birini TrendLife-a etdi. Bildirdi ki, sənət meydanında baş verən olaylar onu bu mühitdən bir qədər uzaq tutub. Əvvəla onu müğənnilik sənətinə olan böyük axın narahat edir. Eyni zamanda S.Bağırov vurğulayır ki, bu axın onu və həmyaşıdlarına olan tamaşaçı diqqətini azaldıb. Küskünlüyünü gizlədə bilməyən müğənni son aylar tele-kanllardan və tədbirlərdən aldığı təkliflərin azlığından depresiyaya düşdüyünü söylədi:

"Səhnədən ona görə getdim ki, yada düşmürdüm. Qərara gəldim ki, ayda bir-iki təklifdən də imtina edim və sənətdən uzaqlaşım. Belə də oldu. Mən sənətimi pulla sərgiləmək niyyətində olmamışam. Məşhurluğumu sənətimlə, zəhmətimlə qazanmışam. Bu reytinqi pula satmaq istəmirəm. Tele-kanalların siması səssiz, haylı-küylü müğənnilərdir. Onlarla bir süjetin qəhrəmanı olmaq istəmirəm. Mənim öz dəsti-xəttim var. Kiminsə xatirinə xasiyyətimi dəyişə bilmərəm".

Toylara bir o qədər maraq göstərməyən Samir Bağırovun etirafına görə, o, özünü bu təbəqənin müğənnisi hesab etmir. Repertuarında toy mahnılarının ümumiyyətlə yer almadığını söyləyən sənətçi son illər kliplərinin yayımı üçün maddi sıxıntılar keçirdiyini də etiraf etdi:

"Toy mahnılarının ifa tərzimə yaxınlığı yoxdur. Mən sırf pop ifaçısıyam. İstəsəm belə üslubumu dəyişə bilmərəm. Amma özümə qapandığım günlərdə insanların mənə olan məhəbbətini hiss etdim. Əsil müğənni yoxluğunda da sevilməlidir. Mən bu sevgini qazana bilmişəm. Televiziya kanalları mənə olan tələbatı nəzərə alıb, sorağıma çıxdılar. Məni sənətə qaytaran səbəblərdən ən birincisi tamaşaçı sevgisi oldu".

Yarıdıcılığında yeni qollar axtaran müğənni fərqli ampluada çıxış etmək qərarına gəlib. Beynəlxalq müsabiqələrə iddalı olan Samir Bağırov Azərbaycanı təmsil etmək arzusundadır. Eyni zamanda o, indidən hazırlıqlarına başladığı yaradıcılıq layihəsini gələn ilin əvvəllərində təqdim edəcəyini söylədi.

Xəbər lenti

Xəbər lenti