...

Rusiya KİV-də Müslüm Maqomayev haqqında yalan məlumatlar yayılıb

Cəmiyyət Materials 4 İyul 2008 16:12 (UTC +04:00)

Azərbaycan. Bakı, 04 iyul /TrendLife müx. Eldar Hüseynzadə/Dünən Rusiya mətbuatında, həmçinin "Exo Moskva" qəzetində SSRİ-nin xalq artisti Müslim Maqomayevin Moskvada Bakuleva ürək mərkəzində ürəyindən ağır əməliyyat keçirlidiyi yazılıb. TrendLife bu xəbərin doğru olub-olmadığını öyrənmək üçün adıçəkilən mərkəzlə əlaqə saxlayıb. Xəstəxanadan məlumatın düzgün olmadığını söylənilib. M. Maqomayevin Bakıdakı mətbuat katibinin Oleq Əmirbəyovun TrendLife-a verdiyi xəbərə görə, M, Maqomayev haqqında yayılan bütün xəbərlər şayiədir. "Rusiya KİV-də sənətkarla bağlı yayılan bütün xəbərlər şayiədir. Maqomayev sadəcə özünü müayinə etdirib. Özünə əməliyyat etdirən insan belə qısa zamanda özünü yaxşı hiss edib, İnternetdə pərəstişkarları ilə söhbət etməzdi. O, hər dəfə saytın forumunda nəsə yazır".

Biz bir daha əmin olduq ki, M. Maqomayev haqqında Rusiya mətbuatı yalan məlumatlar yayır.

Xəbər lenti

Xəbər lenti