Azərbaycan, Bakı, 05 iyul /TrendLife müx. Eldar Hüseynzadə/
Azərbaycan kulinarları ABŞ-a yollanacaqlar. Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun TrendLife-a verdiyi məlumata görə, onlar avqustun 2-də Beynəlxalq yaradıcı konqressdə iştirak edəcəklər. Tədbir YUNESKO-nun xətti ilə keçiriləcək. Konqressdə bizim kulinarlar yerli mətbəximizin yeməklərini təqdim edəcəklər.