...

"Birlikdə xoşbəxtik" serialının prodüsserləri "Qala" filmini tanıdacaqlar

Cəmiyyət Materials 7 İyul 2008 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

Şamil Nəcəfovun TrendLife-a verdiyi xəbərə görə, dövlət sifarişi ilə lentə alınan "Qala" filmi moskvalı prodüsserlər Rauf Atamaliyev və Timur Vaynşteyn tərəfindən tanıdılacaq.

Azərbaycanda adıçəkilən filmin təqdimatı avqustun 2-nə planlaşdırılıb. Həmin gün "Azərbaycan" kinoteatrında Azərbaycan Kinemotoqrafiyasının 110 illiyi qeyd ediləcək. Filmin operatoru Kənan Məmmədov, rəssamı Arif Məhərrəmov və Əziz Məmmədov, bəstəkarı Cahangir Zülfüqarov, prodüsseri Arif Səfərovdur. Baş rollarda Rasim Balayev, Vidadi Həsənov, Məbud Məhərrəmov, Firəngiz Mütəllimova, Sonaxanım Mikayılova kimi tanınmış aktyorlar çəkilib.

"Bu filmin yaxşı və ya pis olduğu haqqında fikir söyləyə bilmərəm. Bircə onunla fəxr edə bilərəm ki, bu film məni əhatə edən insanların, mədəniyyət və turizm nazirliyinin nümayəndələrinin çox xoşuna gəlib",-deyən Ş. Nəcəfzadə öz fikirlərini TrendLife-a bildirib.

Bu rejissorun artıq ikinci tammetrajlı filmidir. Onun ilk filmi "Leyli və Məcnun" olub. Adıçəkilən film 10 il bundan əvvəl lentə alınıb.

Xəbər lenti

Xəbər lenti