...

Azərbaycanın "Olimpik" futbol klubu Serbiya komandası ilə oyunlar üçün nəzərdə tutulan iştirak ərizəsini UEFA-ya təqdim edib

Cəmiyyət Materials 8 İyul 2008 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Olimpik" futbol klubu UEFA kubokunda görüşəcəyi Serbiyanın "Voyvodina" komandası ilə oyunlarda xidmətindən istifadə edəcəyi futbolçuların siyahısını bu gün UEFA-ya təqdim edib. Bu barədə çərşənbə axşamı Trend -a "Olimpik" klubunun mətbuat xidməti məlumat verib.

"Olimpik" klubunun rəhbərliyinin UEFA-ya təqdim etdiyi iştirak ərizəsində 17 futbolçunun adı qeyd olunub. Bu futbolçulardan səkkizi əcnəbi oyunçulardır.

Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə ikinci yeri tutaraq, UEFA kubokuna vəsiqə qazanan "Olimpik" "Voyvodina" klubu ilə ilk oyununu iyulun 17-də Serbiyada keçirəcək. Cavab görüşü iyulun 31 -də Bakıda olacaq.

"Olimpik" klubunun baş məşqçisi Əsgər Abdullayevdir.

Xəbər lenti

Xəbər lenti