...

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazanmağa yaxındır

Cəmiyyət Materials 16 İyul 2008 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət sərbəst güləş üzrə yığma komandasının üzvü Sona Əhmədli Slovakiyanın Kositse şəhərində keçirilən Avropa çempionatının final görüşündə iştirak etmək hüququ qazanıb. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Azərbaycanlı idmançı 59 kq çəki dərəcəsində uğurla çıxış edərək, finala vəsiqə qazanıb. Onun finaldakı rəqibinin adına bu gün axşam aydınlıq gələcək.

Avropa çempionatının dünən keçirilən görüşlərində Azərbaycanın qadın sərbəst güləşçisi Mariya Stadnik finalda ukraynalı idmançı üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Stadnik bu ilin avqust ayında Çinin Pekin şəhərində keçiriləcək Olimpiadada Azərbaycanı təmsil edəcək.

Slovakiyada keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri ilə yanaşı, yunan-roma güləşçiləri də mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti