...

Alim Qasımovun ifası rejissoru film çəkməyə həvəsləndirib

Cəmiyyət Materials 17 İyul 2008 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /TrendLife müxbir Z.Rüstəmova/

Rejissor Şeyx Əbdül Mahmudbəyov ekran əsərlərinin siyahısını genişləndlirir. Rejissorun TrendLife-a bildirdiyinə görə, yaxın günlərin birində yeni ekran işinin çəkilişləri başlayacaq. Film ritmik muğamlarımızdan olan "Şirvan şikətsəsi"nə həsr olunub.

Rejissorun əlavəsinə görə, şikəstəni xalq aritsti Alim Qasımovun ifasında dinlədikdən sonra onun efir versiyasını hazırlamağa qərar verib. Hazırda filmin ssenarisi üzərində düşünən kino rejissor çəkilişlərin bir neçə bölgədə aparmaq fikrindədir. Söhbəti zamanı Şeyx Ədbül onu da bildirdi ki, ekran işində sufi, səmavi rəqslər, səs və muğam haqqında bilgilər yer alacaq.

Xəbər lenti

Xəbər lenti