...

"İnter" klubunun uğurlu çıxışı Azərbaycanın UEFA-nın reytinq cədvəlində irəliləməsinə səbəb olub

Cəmiyyət Materials 23 İyul 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir R.Ergün/ Bakının "İnter" futbol klubunun Çempionlar Liqasında Makedoniyanın "Rabotniçki" komandası ilə oyunda heç-heçə (1:1) nəticəsindən sonra, Azərbaycan UEFA-nın reytinq cədvəlində bir pillə irəliləyib.

"İnter"in "Rabotniçki" klubu ilə keçirdiyi hər iki oyun heç-heçə (0:0, 1:1) nəticələnib. Makedoniyada keçirilən cavab oyununda rəqib meydanında qol vurmağı bacardığı üçün, Azərbaycan komandası Çempionlar Liqasında mərhələ adlayan tərəf olub.

Bakı klubunun Çempionlar Liqasındakı növbəti heç-heçəsi UEFA-nın reytinq cədvəlində Azərbaycanın əmsalının 4,165-ə yüksəlməsinə səbəb olub.

Bu göstəriciyə uyğun olaraq, Azərbaycan hazırda UEFA-nın reytinq sıralamasında 41-ci pillədədir.

"İnter"lə yanaşı, "Xəzər-Lənkəran", "Olimpik" və "Neftçi" klubları da Avropanın kubok yarışlarında mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti