...

Azərbaycanın müxalifətyönlü qəzetinə qarşı məhkəmə iddiası təmin olunmayıb

Cəmiyyət Materials 5 Avqust 2008 10:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir S.Kazımlı/ Bu gün Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azərbaycanın müxalifətyönlü "Azadlq" qəzetinə qarşı Azadlıq Hərəkatçıları Birliyinin qaldırdığı iddia təmin olunmayıb.

Trend -un arayışı: Birlik qəzetin Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsisçiliyindən çıxarılaraq kollektivin təsisçiliyinə verilməsinin qeyri-qanuni hesab olunması, "Azadlıq" qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına xitam verilməsini tələb edir. İddiada qeyd olunur ki, "Azadlıq" qəzeti AXCP-nin orqanı kimi deyil, qəzetin kollektivinin orqanı kimi fəaliyyət göstərir.

İddiaçı "Azadlıq" qəzetinin indiki rəhbərinin AXC qurucuları və həmin qəzetin təsisçilərinə vurduğu mənəvi zərərə görə, mətbuat vasitəsilə üzv istəməsini, AXC qurucularına, cəmiyyətə vurulan mənəvi zərərə görə isə 150 min manat məbləğində kompensasiya ödənilməsini tələb edir.

"Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin orqanı kimi yaradılıb. 1993-cü ildə redaksiya kollektivi təsisçi olub. Xalq Cəbhəsi partiyaya çevriləndən bir neçə il sonra qurum qəzetin təsisçiliyindən imtina edib. Bundan sonra qəzetə redaksiya kollektivi təsisçilik edib. 

Azadlıq Hərəkatçıları Birliyi 2006-cı ilin yanvarında təsis edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti