...

DAK Avropa Parlamentinin binası qarşısında aksiya keçirəcək

Cəmiyyət Materials 2 Sentyabr 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Dünya Azərbaycanlıları Konqresi (DAK) sentyabrın 10-da Avropa Parlamentinin binası qarşısında aksiya keçirəcək. "Aksiyada eyni zamanda, Amerika  və Avropa ölkələrində fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, DAK İdarə Heyətinin üzvləri də iştirak edəcəklər", bu barədə çərşənbə axşamı Trend -a DAK mətbuat xidmətindən məlumat verilib.

Aksiyada Cənubi Azərbaycan türklərinin haqlarının İran hakimiyyəti tərəfindən pozulması, 35 milyon soydaşımızın öz ana dilində təhsil almalarına qarşı qoyulan qadağalar, həbs və işgəncələr, iqtisadi və siyasi təzyiqlər dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılacaq.

DAK Avropada yaşayan azərbaycanlıları aksiyada iştirak etməyə çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti