...

Azərbaycanın "Xəzər-Lənkəran" klubundan uzaqlaşdırılan futbolçu geri qaytarıla bilər

Cəmiyyət Materials 16 Sentyabr 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubundan uzaqlaşdırılan Yakuba Bamba Premyer-Liqa oyunlarında iştirak edə bilər. Bu barədə çərşənbə axşamı Trend -a "Xəzər-Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara məlumat verib.

Hücumçu mövqeyində çıxış edən Bamba Karanın "Xəzər-Lənkəran"ın baş məşqçisi təyin olunmasından sonra komandadan kənarlaşdırılıb. Afrikadan olan futbolçu baş məşqçinin tələbi ilə əvəzedici komandaya göndərilib.

Kara çempionatın əvvəlində "Xəzər-Lənkəran"ın baş məşqçisi vəzifəsində Ağasəlim Mircavadovu əvəz edib.

Türkiyəli məşqçi bildirib ki, ehtiyac yaranacağı halda Premyer-Liqanın oyunlarında Bambanın "Xəzər-Lənkəran"ın heyətində meydana çıxması mümkündür.

"Bambaya hansısa klubdan transfer təklifi gəlməyib. Ehtiyac yaranarsa, hazırda əvəzedici komandada olan futbolçu Premyer-Liqa oyunlarında "Xəzər-Lənkəran"a kömək edə bilər", - o deyib.

"Xəzər-Lənkəran" sentyabrın 20-də Ppemyer-Liqa çərçivəsində "Olimpik" klubu ilə görüşəcək. Oyun Bakıdakı "Şəfa" stadionunda keçiriləcək.

Hazırda hesabında 9 xal olan "Xəzər-Lənkəran" dörd turdan sonra Premyer-Liqada 4-cü yeri tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti