...

Məhkəmə Azərbaycanda həbsdə olan baş redaktorun əlyazmalarını geri qaytarmağa razılıq verməyib

Cəmiyyət Materials 6 Oktyabr 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanda həbsdə olan baş redaktorun 300 səhifəlik əlyazmasını məhkəmə geri qaytarmağa razılıq verməyib.

"Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılarkən əlyazmaları müsadirə olunaraq məhv edilib.

Baş redaktor müsadirə olunmuş əlyazmalarının qaytarılması barədə Bakının Səbayel rayon məhkəməsinə iddia ilə müraciət edib.

Jurnalist iddiasında əlyazmalarının məhv edilməsinin qanunsuz sayılması və ona dəymiş ziyana görə təzminat tələb edib.

Keçirilən məhkəmə iclaslarında təcridxana rəhbərliyi əlyazmaların məhv edildiyini deyib.

Zahidin 300 səhifədən artıq  əlyazması ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən proseslərdən bəhs edir.

Zahidin vəkili Elçin Sadıqov qərardan appelyasiya şikayəti verəcəklərini deyib.

Zahid 2007-ci il ilin noyabrında həbs olunub. 2008 - ci ilin martında isə, xuliqanlıqda təqsirləndirilərək, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Baş redaktor  həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Azərbaycanda 3 jurnalist həbsdədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti