Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı gimnastlar Yaponiyanın Tokio şəhərində keçiriləcək klublararası dünya çempionatında iştirak edəcəklər. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.
Klublararası çempionatda Azərbaycanı gimnastlar - Aliyə Qarayeva və Zeynəb Cavadlı, həmçinin junior Samirə Mustafayeva təmsil edəcək. Hər üç idmançı çempionatda "Neftçi" İSM-in adından mübarizə aparacaq.
Yarışlar oktyabrın 10-da başlayacaq və iki gün davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]