...

Azərbaycanın futbol yığmasının almaniyalı baş məşqçisi seminar keçirəcək

Cəmiyyət Materials 24 Oktyabr 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın 15 yaşlılardan ibarət futbol üzrə yığma komandasının almaniyalı baş məşqçisi Oliver Pilzer azərbaycanlı idman müəllimləri üçün seminar keçirəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Almaniyalı məşqçi bədən tərbiyəsi və idman müəllimləri üçün təşkil olunan seminarda uşaq futbolunun inkişafı ilə bağlı tövsiyələrini verəcək.

Seminar oktyabrın 27-də, saat 11.30-dan 15.00-dək AFFA-nın inzibati binasında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti