...

Azərbaycan məktəblərində ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi proqram həyata keçiriləcək

Cəmiyyət Materials 27 Oktyabr 2008 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir C.Babayeva/ Amerika Birləşmiş Ştatlarının "PH İnternational" təşkilatı Azərbaycan məktəblərinin şagirdlərinə internetdə müasir texnologiyaları öyrədəcək yeni proqram üzərində işləyir.

Təşkilatın icraçı direktoru Enn Martin Azərbaycanın təhsil naziri Misir Mərdanovla bazar ertəsi keçirilən görüşündə bildirib ki, yeni proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

Martinin bildirdiyinə görə, Azərbaycanın bir neçə məktəbində həyata keçiriləcək proqram YUNİSEF-lə birgə işlənəcək. Proqram çərçivəsində, layihədə iştirak edəcək azərbaycanlı uşaqların ABŞ - a dəvət olunması, eləcə də amerikalı şagirdlərin Azərbaycana gəlməsi nəzərdə tutulur.

Mərdanov yeni texnologiyalardan istifadə etməklə müəllimlərin İKT bacarığını artırmağın, məktəblərin internetə çıxışını təmin etməyin təhsil sistemində əsas istiqamətlərdən biri olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti