Azərbaycan, Bakı, 08 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun türkiyəli məşqçisi Mehmet Ak "Neftçi" ilə oyunda qələbə qazanacaqları halda, Premyer-Liqanın çempionu olacaqları bildirib.
"Neftçi" ilə görüşdə qələbə qazansaq, "Qarabağ" çempion olacaq. Əks halda, komandamız ilk beş yerdən biri uğrunda mübarizə aparacaq",- şənbə günü Trend -a Ak deyib.
Azərbaycan Premyer - Liqasının 10 - cu turu çərçivəsində, "Qarabağ"la "Neftçi" arasında oyun bu gün keçiriləcək.
"Qarabağ"la "Neftçi" arasında keçirilən oyunlar Azərbaycan çempionatının ən prinsipial oyunlarından sayılır.
Hazırda hesabında 16 xal olan "Qarabağ" Premyer - Liqanın turnir cədvəlində 6 - cı, 9 xalı olan "Neftçi" isə, 10 - cu yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]