Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir İ.Əlizadə/ Böyük Britaniyada yaşayan və təhsil alan bir qrup soydaşımız qəzet təsis edib.
"Odlar yurdu" adlanan qəzet ayda bir dəfə Azərbaycan dılində nəşr olunacaq, bu barədə çərşənbə günü jurnalistlərə qəzetin baş redaktoru İlham Nağıyev məlumat verib.
Onun sözlərınə görə, yeni qəzetin missiyası xaricdə yaşayan soydaşlarımızın birliyıni daha da möhkəmləndirmək, onlar arasında ünsiyyəti genişləndirməkdir. "Odlar yurdu" Avropanın bir neçə ölkəsində də yayılacaq.Nağıyev tezliklə qəzetin dövriliyıni artırmağa çalışacaqlarını vurğulayıb.
"Hər şey oxucuların bızi necə qarşılayacağından asılıdır. Ümidvaram ki, qəzetımiz qısa zamanda diasporumuzun sevimli mətbu orqanına çevrıləcək," - baş redaktor əlavə edib.Nağıyev yaxın günlərdə Londonda qəzetin ilk sayının təqdımatının keçırıləcəyıni bildırib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]