...

Azərbaycanın "Qarabağ" klubu məşhur futbolçularla müqavilə bağlayacaq

Cəmiyyət Materials 13 Noyabr 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubu qış fasiləsi dövründə bir neçə tanınmış legioner futbolçu ilə müqavilə bağlayacaq. Bu barədə Trend -a klubun mətbuat xidmətinin rəhbəri Nurlan Əziz məlumat verib.

Mətbuat xidmətinin rəhbəri "Qarabağ"ın maraq dairəsində olan futbolçuların adlarını açıqlamayıb. O bildirib ki, "Qarabağ" klubu fasilə dövründə bir neçə məşhur futbolçu ilə müqavilə bağlamaqla sürpriz edəcək.

"Qarabağ" bu ilin yayında Makedoniya yığma komandasının keçmiş kapitanı, tanınmış futbolçu Artim Şakiri ilə müqavilə bağlayıb.

Hazırda hesabında 17 xal olan "Qarabağ" Premyer-Liqanın turnir cədvəlində 6-cı pillədədir.

Komandanın baş məşqçisi Qurban Qurbanovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti