Böyük Britaniya, London, 14 noyabr / Trend müxbir G.Əhmədova/ "Bizim təhsil sistemimiz insani kapitalı istehsal edəcək "dəyişikliklər fabriki"nə çevrilməlidir". Belə bir bəyanatla Londonda keçirilən Avropadakı azərbaycanlı tələbələrin və gənc peşəkarların forumunda (FASE) AN Network-un yaradıcılarından biri olan Emin Milli.
"Bu "insani kapital" XXİ əsrin ən yüksək tələblərinə cavab verməlidir və yüksək keyfiyyətə malik olmalıdır", - deyə Milli vurğulayıb.
FASE forumu Böyük Britaniyanın Lordlar palatasında keçirilib. Forumda 80 nəfər iştirak edib. Onların əksəriyyətini Azərbaycan və Avropada təhsil alan tələbələr təşkil edirdi.
Forum iştirakçıları arasında Lordlar Palatasının üzvü, lord Frazer, British Council-un Bakı ofisinin direktoru Nikol de Laluvyer (Lalouviere), Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Azercell-in vitse-prezidenti Əli Aqan, habelə Azərbaycanın bir sıra gənclər təşkilatlarının nümayəndələri yer almışdır.
Emin Millinin fikrincə, əgər mövcud insani kapital istifadə edilməsə, "qara qızıl"ın insani kapitala çevrilməsi ətrafında aparılan müzakirələr heç bir nəticə verməyəcək.
Open Air University-nin nümayəndəsi Erkin Qədirlinin sözlərinə görə isə Azərbaycan gəncliyi yenidən birləşməlidir ki, gənclər özlərini yaşadığı cəmiyyətin lazımlı və önəmli hissəsi kimi hiss etsinlər. "İnanıram ki, biz dəyişiklikləri edə biləcəyik. Bizim əvəzimizə bunu heç kim etməyəcək", - deyə o Çinin keçmiş kommunist liderinin sözlənindən sitat gətirib.
Öz növbəsində FASE-nin Bakıdakı nümayəndəsi Rəşad Elli forum iştirakçılarının diqqətini ölkəmizin dəyərlərinə yönəldib. "Bizə məsuliyyəti yaxşı dərk edən və bu dəyişikliklərə çatmaq üçün özlərini fəda edən insanlar lazımdır", - deyə o bildirib.
FASE yaradılması 2006-cı ilin mayında Brüsseldə birinci forum zamanı ortaya gəlib. Həmin forumu Avropa Parlamentinin təşkil etmişdir.