Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir R.Ergün/ Noyabrın 27- 29-da gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu barədə Trend - a Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.
Yarışda Bakı şəhər gimnastika məktəbi, Respublika Olimpiya İdman Liseyi, Sumqayıt şəhəri və Balakən rayonunun komandaları iştirak edəcəklər.
Yarışlar Respublika Olimpiya İdman Liseyinin gimnastika zalında keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]