...

Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Cəmiyyət Materials 2 Mart 2009 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend News, müxbir S.Aslanov / Futzal üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının yer aldığı qrupun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan millisinin rəqibləri Portuqaliya, Polşa və Finlandiya yığmalarıdır.

Portuqaliyanın Vyana do Kaştello şəhərindəki "Monserrat" İdman Kompleksində təşkil olunacaq qarşılaşmaları Oleq İvanov (Ukrayna), Daniel Yanoseviç (Xorvatiya), Alberto Mayestroni (İtaliya) və Stefanita Muqurel Vadan (Rumıniya) idarə edəcək.

Hakimlərə sloveniyalı hakim-inspektor Stefan Tivold qiymət verəcək. UEFA nümayəndəsi isə Aleksis Ponne (Belçika) olacaq.

Qrup oyunları martın 19-dan 22-dək keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti