...

Azərbaycan ombudsmanı hüquq-mühafizə orqanlarında islahatlara ehtiyac olduğunu deyir

Cəmiyyət Materials 6 Mart 2009 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan ombudsmanı hesab edir ki, hüquq-mühafizə orqanlarında islahatlara ehtiyac var.

Ötən il qanun pozuntularına görə, dörd polis əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib. 17 nəfər daxili işlər orqanlarında xidmətdən xaric olunub, 19 əməkdaş tutduğu vəzifədən azad edilib, Trend -un məlumatına görə, Ombudsman Elmira Süleymanova cümə günü Milli Məclisə illik hesabatına dair çıxışında bildirib.

Süleymanova deyib ki, 2008-ci ildə daxili işlər orqanlarının fəaliyyətində təsdiq olunmuş 113 fakta (polisə əsasız gətirmə, əsassız məsuliyyətə cəlb etmə, şəxsi həyatın toxunulmazlığının pozulması, sürücülərin hüquqlarının pozulması, vətəndaşlarla kobud rəftar, vətəndaşların müraciətlərinin gizlədilməsi, istintaq zamanı zərərçəkmişin hüquqlarının pozulması) görə 154 əməkdaş barəsində ciddi intizam tənbehi və prosessual qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb,

Ombudsmanın sözlərinə görə, hesabat dövründə 114 əməkdaşa başqa növ intizam tənbehləri elan olunub. Bununla yanaşı, prokurorluq tərəfindən polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə əlaqədar 5 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Qeyd olunan işlərdən 3 nəfər polis əməkdaşı barəsində 3 iş üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, bir işin icraatına hissəvi xitam verilib, bir iş üzrə isə istintaq davam etdirilir. Habelə polis işçilərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş müraciətlər nəzarətə götürülməklə müvafiq tədbirlər görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti