...

Azərbaycan Ombudsmanı Moskvada azərbaycanlı jurnalistin əmək hüquqlarının pozulması ilə bağlı rusiyalı həmkarına müraciət edib

Cəmiyyət Materials 19 Mart 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ombudsmanı Elmira Süleymanova Rusiya televiziyası Birinci kanalının əməkdaşı olan soydaşımız Elxan Mirzəyevin işdən qanunsuz olaraq çıxarılması, onun əmək hüquqlarının pozulması ilə əlaqədar Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Vladimir Lukinə məktubla müraciət dib.

Süleymanova rusiyalı həmkarından öz səlahiyyətləri çərçivəsində məsələnin obyektiv araşdırılmasını və soydaşımızın pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar tədbirlər görülməsini xahiş edib.

Məktubda göstərilir ki, Lukinin bu məsələyə müdaxiləsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin dövlət təminatının gücləndirilməsinə yönəlmiş "Azərbaycan Respublikasının Ombudsmanı ilə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili arasında əməkdaşlıq haqqında Saziş"in şərtlərinin həyata keçirilməsinin daha bir təzahürü olacaq.

Elxan Mirzəyev işdən qanunsuz çıxarılmasına etiraz əlaməti olaraq həmkarı ilə birlikdə aclıq aksiyasına başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti