...

Azərbaycan boksçuları beynəlxalq turnirin qalibi olublar

Cəmiyyət Materials 6 May 2009 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir A.Hüseynbala /

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş boks üzrə beynəlxalq turnirdə 8 çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçularından Salman Əlizadə (46 kq), Salman İbrahimov (48 kq), Novruzəli Əliyev (67 kq), Teymur Məmmədov (80 kq) və Hacıbaba Hacıbalayev (86 kq) qızıl medallara layiq görülüblər.

Digər çəki dərəcələrində Burqut Haciboyev (50 kq, Özbəkistan), Rəmzi Uyar (52 kq, Türkiyə), İqor Xaritonov (54 kq, Rusiya), Maksim Şmiqlev (60 kq, Rusiya), Dmitri Rubtsov (63 kq, Rusiya), Maykl Rekli (66 kq, İrlandiya), Uorl Jozef (70 kq, İrlandiya) və Pavel Makarov (75 kq, Rusiya) qalib gəliblər.

Ümumi hesabda idmançılarımız 5 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıblar. Cəmi 22 medal qazanmış Azərbaycan yığma komandası turnirin qalibi olub. Rusiya ikinci, Özbəkistan yığması isə üçüncü yeri tutub.

Keçən il keçirilən anoloji turnirdə Azərbaycan boksçuları 6 qızıl, 3 gümüş və 12 bürünc medal qazanmışdılar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti