Azərbaycan, Bakı, 08 may / Trend , müxbir C.Babayeva/
Qafqaz Müsəlmanlarının dini lideri Allahşükür Paşazadə Avrasiya İslam Şurasının (AİS) 12-15 may tarixlərində İstanbulda keçiriləcək yeddinci iclasında iştirak edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Paşazadə AİS Rəyasət heyətinin üzvüdür. AİS-ə qitənin 37 müsəlman dövləti və regionunun nümayəndələri daxildir.
"Dolmabağça Sarayında keçiriləcək iclasda Avrasiya ölkələrinin dini strukturlarının rəhbərləri birgə fəaliyyətin istiqamətlərini müəyyən edəcəklər", - QMİ-nin cümə günü yayılmış məlumatında deyilir.
AİS-in builki iclasının əsasən ilahiyyat təhsili, dini maarifləndirmənin müzakirəsinə həsr ediləcəyi gözlənilir.
Paşazadə AİS-in iclasında məruzə ilə çıxış edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]