...

Azərbaycanda 2009/2010-cu tədris ili üçün texnikumlara qəbul elan olunub

Cəmiyyət Materials 12 İyun 2009 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir C.Babayeva /

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cümə günü Azərbaycanda 2009/2010-cu tədris ili üçün texnikumlara doqquz illik təhsil əsasında sənəd qəbulunu elan edib.

"Abituriyentlərin pulsuz sənəd qəbulu təhsil müəssislərinin yerləşdiyi rayonlarda 24 iyun-31 iyul aralığında keçiriləcək", - cümə günü jurnalistlərə TQDK-nın sədri Məleykə Abbaszadə məlumat verib.

"46 dövlət və bir özəl texnikumda 9516 plan yeri ayrılıb. Onlardan 5652 yer - pulsuz, 3864 yer - pullu əsasladır. Azərbaycan sektoruna 9212, rus sektoruna - 222, ümumi müsabiqəyə - 82 plan yeri ayrılıb", - Abbaszadə bildirib.    

"Abituriyentlər beşə qədər ixtisas kodu seçə bilərlər", - o qeyd edib.

"Qəbul imtahanlarında abituriyentlərə Azərbaycan dili, tarix və riyaziyyatdan 15 sual təqdim olunacaq. Rus sektorunun abituriyentləri rus dilindən başqa, Azərbaycan dilindən də imtahan verəcəklər. Onlara beş sual Azərbaycan, on sual rus dili üzrə veriləcək. Müsabiqəyə 10 bal yığmış abituriyentlər buraxılacaq", - TQDK-nın sədri bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti