...

Azərbaycanın futbol klubunun oyunçusu "Rusenborq"a asanlıqla təslim olmayacaqlarını bildirib

Cəmiyyət Materials 4 İyul 2009 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir A.Hüseynbala /

"Qarabağ"a gəldiyim gündən məni sarsıdan yeganə şey hələ də qol vura bilməməyimdir. Özü də yetərincə şansım olmasına baxmayaraq, nəsə alınmır. Təbii ki, ötən il kuboku almışıq. Bu daha vacibdir. Qarşıdan gələn mövsümdə isə hədəfimiz təbii ki, böyüyüb. Bu il çempionluğa oynayacağıq. Komandamızın potensialı buna yetər", - bu sözləri "Qarabağ"ın oyunçusu Rəşad Sadiqov klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, "Rusenborq"a asanlıqla təslim olmayacaqlar. "Rusenborq"la oyun haqqında onu deyə bilərəm ki, norveçlilərə rahatlıqla boyun əyməyəcəyik. Cütün taleyinin 2-ci matçda aydın olacağına zəmanət verə bilərəm. Düzdür, futbolda hər şey ola bilər. Lakin həmin prizmadan baxsaq, bizim də şansımız az deyil. Real gücü nəzərə alsaq, "Rusenborq" hazırda güclü vaxtlarını xatırladır. İnşallah, görəcəksiniz ki, "Qarabağ" nəyə qadirdir", - Sadiqov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti